Meksikalı futbolçusundan inanılmaz qol

Baxış sayı: 555

Meksikada ikinci divizyon komandalarının oyununda vurulan qol futbolçu səhvinin komandaya baha başa gəldiyini bir daha göz önünə sərib. 

ATV.az xəbər verir ki, hər şey “Mursielaqosa” klubunun müdafiəçisinin səhvindən sonra baş verib. Mərkəz dairəsi yaxınlığında topu itirən rəqibin səhvini bağışlamayan “Zakatepeki”nin hücumçusu Karlo Rodriqes topu birbaşa qapıya göndərib. Qapıçının yerində olmaması isə gözəl və baxımlı qola çevrilib.

ATV.az