Matçda kuryoz Bu hərəkətə görə futbolçu həbs ediləcək

Baxış sayı: 662

Səudiyyə Ərəbistanında oynanılan matçda kuryoz hadisə baş verib. 

ATV.az komandanın fanat qrupunun səhifəsinə istinadən xəbər verir ki, hər şey 1-ci divizyon komandası “Əl-Nucum”un oyununda baş verib. Adı açıqlanmayan ehtiyat skamyasında oturan futbolçu komanda yoldaşının vurduğu qol sevincini rəqs hərəkəti olan “deb” stilində qeyd edib. Bu hərəkət isə Səudiyyə Ərəbistanında narkotiklərin təbliğatı kimi qəbul edilir. Bu hərəkətə görə futbolçunu həbs cəzası gözləyir. Qeyd edək ki, “deb” 2014-cü ildə ABŞ-da naməlum şəxs tərəfindən düşünülüb və qısa zamanda olduqca populyarlaşıb.

ATV.az