“Axmat”-“Zenit” matçına “Marka”nın şərhi Kuryoz hadisəni “İlin xətası” adlandırdı

Baxış sayı: 219

Futbol üzrə Rusiya çempionatında boş qapıya vurulmayan qol məhşur “Marka” nəşrində manşet olub. 

ATV.az xəbər verir ki, 20-ci tur çərçivəsində baş tutan “Axmat” və “Zenit” klublarının qarşılaşması xeyli maraqlı keçib. Gəl ki, matçın 58-ci dəqiqəsində qonaqlar oyunun taleyini həll etməyə yaxın olsalar da, əllərinə düşən fürsətdən yararlana bilməyiblər. Piterlilərin hücumçusu Aleksandr Kokorinin 1 metrdən boş qapıya vurduğu qeyri-dəqiq zərbəni İspaniya nəşrində əks-səda doğurub. “Marka”  bu anı “İlin xətası” adlandırıb.

ATV.az