Türkiyə Super Liqası-15-ci tur “Qalatasaray” liderliyini qaytardı

Baxış sayı: 140

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları başa çatıb. 

ATV.az xəbər veriri ki, turnir cədvəlində xal fərqi elə də böyük olmayan liderlərdən “Beşiktaş” və “Medipol Başakşəhər” büdrəməklə diqqət çəkiblər. “Qara qartal” Kayserinin eyniadlı komandası ilə 1-1-lik bərabərliklə kifayətlənib. “Medipol Başakşəhər” isə Sivasdan əliboş geri dönüb. 1-0 hesabı ilə məğlub olan bir turluq lider bununla da mövqeyini “Akhisar”ı ev oyununda 4-2 məğlub edən “Qalatasaray”a qaytarmalı olub. İlk hissədə 0-2 hesabı ilə uduzan “aslan” 2-ci hissədə özünə gəlib və qonaqları darmadağın edib. “Fənərbaxça” da sevinənlərdən olub. Səfərdə “Bursaspor”u minimal hesabla üstələyən “bülbüllər” 3-cü yeri təmin ediblər. Hazırda ilk dövrənin 15-ci turundan sonra “Qalatasaray” 32 xalla birinci, 30 xalı olan “Medipol Başakşəhər” 2-ci, “Fənərbaxça” 29 xalla üçüncü, hərəsinin 27 xalı olan “Beşiktaş” və “Kayserispor” isə dördüncü-beşinci yerləri bölüşdürür. Qeyd edək ki, tura bu gün "Konyaspor" və "Karabükspor" komandalarının matçı ilə son qoyulacaq.

Türkiyə. Superliqa

XV tur

 

8 dekabr

"Bursaspor" - "Fənərbaxça" - 0:1

Qol: Juliano, 65 (p.)

 

9 dekabr

"Kasımpaşa" - "Trabzonspor" - 0:3

Qollar: Burak, 45+1; Rodalleqa, 90; Bero, 90+4

 

"Yeni Malatyaspor" - "Göztəpə" - 2:3

Qollar: Pereyra, 14; Butaib, 64 (pen.) - Kadu, 6; Səlçuk Şahin, 33; Rotman, 45+3

 

"Antalyaspor" - "Gənclərbirliyi" - 1:1

Qollar: Kadah, 88 - Parayba, 58

 

"Qalatasaray" - "Akhisar" - 4:2

Qollar: Fernando, 49, Qomis, 51, Belhanda 71, Fequli, 90+4 - Maykon, 17 (öz qapısına), Olcan, 45+1

 

10 dekabr

"Osmanlıspor" - "Alanyaspor" - 3:0

Qollar: Çikalleşi, 13, Musa, 20, Serdar Gürlər, 29 (hamısı penaltidən)

 

"Sivasspor" - "Başakşəhər" - 1:0

Qol: Kone, 17

 

"Kayserispor" - "Beşiktaş" - 1:1

Qollar: Umut Bulut, 31 - Cenk, 45+1 (pen.)

 

11 dekabr

21:00. "Konyaspor" - "Karabükspor"

ATV.az