Çempionlar Liqasında həftənin qolu Qrizman “ən yaxşı” seçildi

Baxış sayı: 50

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı qolu müəyyənləşib.


ATV.az-ın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, “Atletiko”nun hücumçusu Antuan Qrizmannın “Roma”ya vurduğu qol turun ən yaxşısı seçilib. Bu qol səslərin 33 faizini toplayıb. “Real”ın yarımmüdafiəçisi Luka Modriçin APOEL-ə vurduğu qol 2-ci, “Napoli”nin hücumçusu Lorenso İnsinyenin “Şaxtyor”a vurduğu qol 3-cü olub.

ATV.az