Dünya boks tarixində nokautla bitən ən qısa döyüş Çempion 11 saniyəyə müəyənləşdi

Baxış sayı: 1644

WBO üzrə ən yüngül çəkidə dünya çempionu ünvanına sahib olan Zolani Tete bu adı heç kimə vermək fikrində olmadığını isbat edib. 

ATV.az Boxingscene-yə istinadən bildirir ki, hazırki cənubi afrikalı çempionun rəqibi, həmyerlisi Siboniso Qonya olub. Döyüşün ilk raundunun 11-ci saniyəsində qarşısıalınmaz zərbə endirən Tete rəqibinə heç bir şans buraxmayıb. Nokauta düşən Qonya ayağa qalxa bilməyib. Bununla da Tete, dünya boks tarixində rəqibini ən qısa müddətdə nokauta salan boksçu kimi ilk dünya çempionu adını qazanıb.

ATV.az