Baş məşqçi Neymarı belə ağlatdı

Baxış sayı: 264

Braziliya millisinin üzvü  Neymar Yaponiya ilə keçirilən yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

ATV.az xəbərinə görə, Neymar mətbuat konfransına millinin baş məşqçisi Tite ilə birgə gəlib. 

Jurnalistlərdən biri baş məşqçiyə Neymarın xarakteri ilə bağlı sual verib. Neymarın son vaxtlar PSJ-dəki qalmaqallarını xatırladan jurnalist  Titedən onunla necə yola getdiyini soruşduqda, o  Neymarla bağlı xoş sözlər deyib:

“Artıq il yarımdı ki, birgə işləyirik. Bu müddətdə Neymarla problemlər yaşamağım barədə deyilənlərdən bezmişəm. Biz ideal deyilik, insanıq.

Bəzən düzgün reaksiya vermirik. Mənim də karyeram ərzində belə hal olub. Amma vəziyyətdən çıxış yolu həmişə var və bunu nəzərə almalıyıq. Mən isə Neymarın xarakteri barədə danışa bilərəm. Onun böyük ürəyi var”.

Bu sözlərindən sonra Neymar ağlayaraq baş məşqçisini qucaqlayıb və mətbuat konfransını tərk edib.

ATV.az