Fyuri ABŞ prezidentinə “meydan oxudu” Donald Trampı döyüşə çağırdı

Baxış sayı: 71

Boks üzrə WBA/WBO/IBF versiyaları üzrə superağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri yenidən rinq üçün darıxdığını bildirib. 

ATV.az xəbər verir ki, səhər idmanı zamanı aktivində 25 qələbə, 18 nokaut olan eks-çempion hazırki dünya birincisi Entoni Coşuanı döyüşə çağırıb. O bildirib ki, WBA, IBO və IBF versiyası üzrə kəmərin sahibindən çəkinmir. Bununla da kifayətlənməyən britaniyalı ABŞ prezidenti Donald Trampa dəvət göndərib. O, qeyd edib ki, əgər “Ağ Ev” rəhbəri qarşılaşmağa razılıq verərsə, bu tarixdə ən böyük boks döyüşü olacaq. Qeyd edək ki, 2015-ci ildə Vladimir Kliçkonu məğlub edərək çempion titulu qazanan Fyuri, sonradan diskvalifikasiya edilib.

Rövşən Əliyev/ ATV.az