Neymardan “qırmızı vərəqə” açıqlaması “Dabanımdan aldığım zərbə çox incitdi”

Baxış sayı: 63

Futbol üzrə Braziliya yığmasının və Fransanın “PSJ” klubunun hücumçusu Neymar çempionatın 10-cu turunda meydandan qovulmasına aydınlıq gətirib. 

ATV. az Esporte İnterativo-ya istinadən xəbər veriri ki, Neymar “Marsel”ə qarşı oyunun 87-ci dəqiqəsində ev sahiblərinin yarımmüdafiəçisi Lukas Okampos tərəfindən ayağına zərbə alaraq yerə yıxılır. Bundan səsəbiləşdiyini deyən futbolçu rəqibi vurmadığını, ancaq itələdiyini iddia edib. İkinci sarı vərəqə ilə oyundan qovulmasını ədalətsizloik kimi qiymətləndirən braziliyalı “dabanımdan aldığım zərbə çox incitdi” ifadəsini işlədib. Qeyd edək ki, Neymarın qırmızı vərəqə almasına baxmayaraq, “PSJ” əlavə olunmuş vaxtda bərabərlik qolunu vura bilib.

Rövşən Əliyev/ ATV.az