Yarımmüdafiəçidən gözəl qol 50 metrdən qapını dəqiq nişan aldı

Baxış sayı: 70

Ukrayna çempionatının 13-cü turu gözəl qolla yadda qalıb. 

ATV.az-ın məlumatına görə, hadisələr “Mariupol” klubu ilə Luqanskın “Zarya” komandası arasında keçirilən görüş zamanı yaşanıb. Matçın 63-cü dəqiqəsində Aleksandr Andrieviç rəqib komandadan aldığı topu mərkəzdən düz qapıya göndərib. İrəli çıxan “Mariupol” un qolkiperi zərbəni qaytarmaqda əlacsız qalıb. Qeyd edək ki, bu oyunda het-trikə imza atan yarımmüdafiəçi komandasının 2:5 hesablı qələbəsində böyük pay sahibi olub.

Rövşən Əliyev/ ATV.az