Transgenderə futbol qadağası Hanna Maunsi oyunlara buraxılmır

Baxış sayı: 142

Avstraliyadan olan idmançı Hanna Maunsiyə milli çempionatda oynamaq qadağası qoyulub. 

ATV.az News.com.au-ya istinadən bildirir ki, səbəb onun transgender olmasıdır. Əvvəllər kişi olan Hannanın cinsini dəyişdirməsinə münasibət bildirən Avstraliya futbolu üzrə federasiyada düşünürlər ki, fiziki göstəricilərin yüksək olmasi 2018-ci ildə liqada oyunlara təsir edə bilər. Bununla belə, onun 2019-cu ildə liqada çıxış etməsinə razılıq verilib. Qeyd edək ki, maunsi həndbol üzrə Avstraliya yığmasının üzvü olub. 2015-ci ildən qadın hormonları qəbul edən idmançı sonda arzusuna çatıb. 190 sm boya və 100 kq çəkiyə malik transgender federasiyanın qərarı ilə razılaşmaqdan başqa çarəsinin olmadığını bildirib.

ATV.az