Kakanın göz yaşları Komandası ilə son matça çıxdı

Baxış sayı: 335

Bir vaxtların tanınmış futbol ulduzu Kakanın göz yaşlarını yəqin çox az adam görüb. 

ATV.az xəbər verir ki, karyerasını bitirməyə qərar verən yarımmüdafiəçi üzvü olduğu MLS “Orlando Siti” ilə çıxdığı son matçda kövrəlib. İtaliya “Milan”ının, Madrid “Real”ının və Braziliya millisinin sabiq oyunçusu himn oxunarkən təsirlənib. 35 yaşlı Kaka bütün matçı stadionda olsa da, komandası “Kolambus”a minimal hesabla uduzub. Qeyd edək ki, braziliyalı karyerasını ABŞ klubunda bitirmək istədiyini dəfələrlə bəyan edib.

ATV.az