Qapıçının faciəvi ölümü Hücumçu ilə toqquşma sonu oldu

Baxış sayı: 131

İndoneziyada oynanılan futbol matçı faciə ilə bitib. 

ATV.az xəbər verir ki, hadisə Persel və Semen Padanq klublarının matçı zamanı baş verib. Limonqand şəhərində, Surayya stadionunda üz-üzə gələn tərəflər bir-birinə qarşı amansız olub. Ev sahiblərinin hesabda önə keçməsi isə rəqibi özündən çıxarıb. Bütün komanda ilə irəli atılan Semenq Padanq oyunçuları hücumçu Roman Rodriqesi əlverişli mövqeyə çıxarıblar. Burda isə öz futbolçusu və Rodriqeslə toqquşan qapıçı, Xeyrulla Xuda bir müddət dözülməz ağrı ilə yerdə qıvrılıb. Ardınca, huşunu itirən qolkiper həkimlərin səylərinə baxmayaraq, həyatla vidalaşıb.

Rövşən Əliyev/ ATV.az