Kolumbiya və Peru yığmalarının “danışılmış” oyun keçiriblər? Hamı Falkaodan şübhələnir

Baxış sayı: 395

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Kolumbiya və Peru yığmalarının qarşılaşmasında şübhəli məqamlar qeydə alınıb. ATV.az Vesti.ru-ya istinadən bildirir ki, Cənubi Amerika zonası üzrə, Limada baş tutan qarşıalşamada hesabı açan kolumbiyalılar qələbə hesabını qoruya bilməyiblər. 76-cı dəqiqədə perulular hesabı bərabərləşdiriblər. Matçın maraqlı məqamları da bundan sonra yaşanıb. Kolumbiyanın hücumçusu Radamel Falkao oyun boyu perulu həmkarlarına yaxınlaşaraq, onlarla danışmağa başlayıb. Şübhələrə görə, hücumçu 1-1 hesabını hər iki komandaya sərfəli olduğunu izah etməyə çalışıb. Səbəb isə Kolumbiyanın Dünya Çempionatına birbaşa getməsi, Perunun isə pley-off mərhələsində zəif Yeni Zellandiya ilə qarşılacağı olub. Qeyd edək ki, şübhələrə kifayət qədər əsas var. Bərabərlik qolundan sonra daim hücumda olan Peru futbolçuları meydanın özlərinə aid hissəsindən çıxmağa cəhd etməyiblər.

Rövşən Əliyev/ ATV.az