Fransa yığmasının hücumçusu meydanda huşunu itirdi

Baxış sayı: 411

Fransa millisinin hücumçusu Andre-Pyer Jinyak xoşagəlməz halla üzləşib.
 
Meksikanın “Tiqre” klubunun forvardı “Amerika” ilə oyunda huşunu itirib. 

Matçın 73-cü dəqiqəsində rəqib futbolçu Bruno Valdesin bel və boynundan endirdiyi zərbədən sonra Jinyak özündən gedib. 

Həkimlərin ilkin müdaxiləsindən sonra fransız forvardın qısa müddətli yaddaşını itirdiyi məlum olub. 

Dərhal əvəzlənən Jinyak hazırda özünü yaxşı hiss edir. Onun tezliklə yaşıl meydanlara qayıdacağı gözlənilir. 

Qeyd edək ki, 31 yaşlı forvard 2009-cu ildən Fransa milli yığmasında çıxış edir , Avro-2016-ın gümüş mükafatçısıdır.

ATV.az