Tanınmış futbolçunun ölüm anı "Range Rover"i belə aşdı...

Baxış sayı: 1978

Türkiyənin “Amedspor” futbol klubunun kapitanı Şehmus Özər faciəli şəkildə həyatını itirib.

ATV.az-ın məlumatına görə, 36 yaşındakı futbolçu Mardindəki toy şənliyinə gedərkən onun sükanı arxasında olduğu avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Təcrübəli idmançının cəsədi xilasedicilərin səyi nəticəsində çətinliklə deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.

Hadisə yerində lentə alınan görüntülərdə nəqliyyat vasitəsinin ciddi şəkildə deformasiyaya uğradığı əksini tapır. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / ATV.az