Məşhur futbolçu faciəli şəkildə öldü İdman dünyasını üzən xəbər...

Baxış sayı: 6449

Türkiyənin “Amedspor” futbol klubunun kapitanı Şehmus Özər faciəli şəkildə həyatını itirib.

ATV.az-ın məlumatına görə, 36 yaşındakı futbolçu Mardindəki toy şənliyinə gedərkən onun sükanı arxasında olduğu avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Təcrübəli idmançının cəsədi xilasedicilərin səyi nəticəsində çətinliklə deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.

O son dəfə 5 gün əvvəl Türkiyə kuboku uğrunda Fənərbaxça ilə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırmışdı. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / ATV.az