"Real" dünya çempionu oldu

Baxış sayı: 462

Bu gün klublar arasında dünya çempionatına yekun vurulub.

Final oyununda Madrid “Real”ı təşkilatçı ölkə Yaponiyanın təmsilçisi “Kasima Antlers”lə qarşılaşıb. Oyun “Real”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid klubunun 3 qolunu Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, bu qələbə sayəsində “Real” tarixində 2-ci dəfə (ilk dəfə 2014-cü ildə) klublararası dünya çempionu olub.

“Real” - “Kasima Antlers” – 4:2
Qollar: Benzema, 1 (1:0), Qaku Sibasaki, 44 (1:1), Qaku Sibasaki, 52 (1:2), Ronaldo, 60-pen. (2:2), Ronaldo, 98 (3:2), Ronaldo, 104 (4:2)  
  
Qeyd edək ki, yarışda üçüncü yer uğrunda qarşılaşmada Kolumbiyanın “Atletiko Nasyonal” klubu Meksikanın “Amerika” komandasına qalib gələrək (2:2, penaltilər seriyasında 4:3) bürünc medal qazanıb. //Qol.az