BİR ŞƏKLİN TARİXÇƏSİ...

Baxış sayı: 1038

Taleh onu özündən də xəbərsiz düz 28 il əvvəl məhz bu şəkillə dünyaya tanıtdırdı. 

Bu şəkil yerli qəzet və jurnallarda, hətta xarici  mediada belə  yayılmışdı. Şəhid atasının şəklini əlində tutan bu 5 yaşlı balaca sanki dünyaya etirazını bu cür çatdırırdı. İndi Surac 33 yaşındadır. Elə 5 yaşında olduğu kimi yenə əlində atasının şəkili ilə Şəhidlər Xiyabanına ziyarətə gəlib. Amma bu dəfə tək deyil. Yanında övladları da var. “Uşaq olduğuma görə hadisələr bir az qaranlıq qalıb. Çox az bir şey yadda qalan var. Yadda qalan o idi ki, millət hamsı ayağa qalxmışdı. Şəhidləri dəfn etmək üçün başqa respubliklarından da gəlmişdilər”. 20 yanvar hadisələri çoxları kimi Suracın da ailəsində faciə ilə yadda qaldı. 2 uşaqla tək qalan Suracın anası çox keçmir ki, dünyasını dəyişir. Beləcə Surac qardaşı ilə birlikdə tək yaşamağa məcbur olur. “Əsasda odur ki, insan uşaqlıqda ana-ata  istəyir. əsasda oğlan uşağı üçün ata qol-qanaddır. Özünü hamıdan güclü hiss edir. o vaxtlarda ki, ata şəhid oldu. Düzdür bu fəxrdir. Mən heç də pis olmuram. Təki bizdə elə onlar kimi şəhid olaq”. 

Aytən Əhmədova

ATV.az