“ATV qalereya”da növbəti sərgi açıldı 20 Yanvar hadisələrinə edilir

Baxış sayı: 403

Azad Azərbaycan Müstəqil teleradio Şirkətinin önəmli layihələrindən sayılan ATV Qalereyasının sərgi salonunda “Sosial Plakatlar” sərgisi keçirilib. Sərgi 20 yanvar hadisələrinə həsr olunub.

ATV.az xəbər verir ki, sosial plakatlar adlanan sərgidə daha çox gənclərin əl işləri nümayiş olunub. Sərgidə 50-yə yaxın əl işi  var. Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisələrinə həsr edilən sərginin ekspozisiyası  vətənpərvərlik  mövzusunu əks etdirən plakatlardan ibarətdir. Nümayiş olunan hər bir rəsmdə sözügedən dövrün mənzərəsi əks olunub. “ATV Qalereya” və “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin  birlikdə təşkil etdiyi sərgidə “Azad Azərbaycan” Teleradio Şirkətinin kollektivi ilə yanaşı  tanınış firça ustaları, ictimai və mədəniyyət xadimləri iştirak ediblər. “Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şurasının sədri Etibar Babayev “ATV Qalereya”nın mütəmadi olaraq belə sosial layihələrə dəstək verdiyini bildirdi. Televiziyanın geniş auditoriyaya sahib olduğunu vurğulayan Etibar Babayev  qalereyanın ekspozisiyasınin kanalın yayım əhatəsinə daxil olan hər yerdə arzu edənlərin üzünə açıq oldugunu qeyd etdi. ATV qalerayanın bu dəfəki sərgisində diqqət çəkən məqamlardan biri isə plakatların müəlliflərinin əksəriyyətinin  1990-cı illərdən sonra doğulan gənclər olmasıdir.Qeyd edək ki, sərgi 20 gün davam edəcək.

PƏRVİN ƏSGƏRLİ//ATV.az