Moskva prospektinə gedən bu yolda daim hərəkət qaydaları pozulur

Baxış sayı: 271

Sumqayıt yolunda, daha dəqiq desək Moskva prospektinə gedən yolda sürücülərin qayda pozuntusu kameralar vastəsi ilə  qeydə alınır. Belə ki həmin yolun bir istiqaməti 20 yanvar dairəsinə, digəri isə Moskva prospektinə doğrudur. Hərəkət zolaqları düz xəttlə bölünüb və sürücülər üçün xəbərdaredici nişan da qoyulub. Lakin sürücülərin əksəriyyəti bu yolda qaydanı pozurlar.  Sürücülər isə yolda kameranın olmasından xəbərsiz olduqlarını deyirlər. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər üçün qabaqcadan xəbərdaredici lövhə qoyulub. İstənilən halda sürücü yol hərəkət nişanlarının tələbinə uyğun olaraq avtomobillərini idarə etməlidir. Qeyd edək ki, bu qaydanı pozan sürücü 40 manat cərimə olunur.

Elşad Bayramoğlu

ATV.az