Ağaxan Abdullayevin ölümündən 1 il keçir

Baxış sayı: 98

Bu gün xalq artisti Ağaxan Abdullayevin vəfatından bir il ötür. 

ATV.az xəbər verir ki, xanəndə ötən ilin bu günü xərçəng xəstəliyindən dünyasını dəyişib. Xalq artistinin ölümünün bir illiyi ilə əlaqədar olaraq ailə üzvləri, qohumları və sənət dostları Türkan qəbirstanlığına gələrək onun məzarını ziyarət edib, ruhunu dualar oxuyub. Qey edək ki, Ağaxan Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində doğulub. 1969-1973-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1992-ci ildə əməkdar, 1998-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

ATV.az