“Şahdağ”a 1 gündə 6 min turist gəldi Son 5 ilin rekordu

Baxış sayı: 582

Azərbaycana Yeni ildə çox sayda turist gəlib.

ATV.az xəbər verir ki, təkcə “Şahdağ”a fəaliyyət göstərdiyi 5 ildə rekord sayda turist axışıb. Belə ki, bayram günləri ərəfəsində 20 mindən çox turist qəbul edən mərkəzdə təkcə yanvarın 2-də 6 mindən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub.

31 dekabr – 5 yanvar tarixlərində Qəbələnin turizm məkanlarına üz tutan yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Burada yerləşən 20 müasir otel və istirahət mərkəzi bayram günlərində 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Turistlərin böyük əksəriyyəti Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlərdir.