Aprel döyüşlərində düşmənin nəfəsini kəsən igidlər

Baxış sayı: 576

Aprel döyüşlərinin qəhrəmanları elə adlarına layiq tərzdə, yüksək coşqu ilə qarşılanıb. 

İqtisad Universitetinin rektoru Ədalət Muradov aprel döyüşlərində qazanılan qələbənin önəmindən danışıb və bu zəfərin 2016-cı ili Azərbaycan üçün əlamətdar bir tarixə çevirdiyini vurğulayıb.

Polkovnik Abdulla Qurbani şərəfli döyüş yolu keçmiş hərbçilərimiz haqda məlumat verərək, onların göstərdikləri rəşadətdən söz açıb.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Ziya Həsənovun atası Niyazi Həsənov da oğlunun vətənə sevgisindən, keçdiyi döyüş yolundan bəhs edib.

Əşrəf Qəhrəmanovun isə hər iki oğlu aprel müharibəsində döyüşüb. Onlardan biri - Ruhin Qəhrəmanov qəhrəmancasına şəhid olub.

Qeyd olundu ki, düşmən 3 günlük müharibədə öz layiqli cavabını alıb və təxribatlar təkrarlanarsa, onları daha acınacaqlı aqibət gözləyir.

Görüş hərbi-vətənpərvər mövzulu müxtəlif çıxış və musiqilərlə davam etdi. Sonda aprel döyüşünün qəhrəmanlarına xatirə medalları və hədiyyələr təqdim olundu.

Daha ətraflı videodan izləyin:

"ATV Xəbər"