Xalq artistinin qızı özbəklərə saç düzümü üzrə master-klass keçdi ÖZƏL

Baxış sayı: 2033

Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz Özbəkistanın paytaxti Dsaşkəndə iki günlük master-klass keçdi.

ATV.az xəbər verir ki, Daşkəndə 120 nəfərdən ibarət dinləyiciyə dərs keçmək üçün xüsusi dəvət almış stilistimiz  nəinki saç düzümü, hətta makiyaj və gəlin obrazları yaratmaq üzrə  master-klass keçdi. 

Bundan əlavə stilistimiz  İstanbul, Dubay, Brüssel, Astana, Moskva və Krasnoyarsk şəhərlərində də master-klass keçmək üçün dəvət olduğuna görə il ərzində bu şəhərlərə təşrif buyuracaq.

Vüqar VÜQARLI

ATV.az