Yutubda ən çox baxış sayı yığan azərbaycanlı müğənni kimdir?

Baxış sayı: 1725

Yutubda ən çox baxış sayı yığan azərbaycanlı müğənni kimdir? Müxtəlif vaxtlarda müxtəlif müğənnilərimiz öz klipləri və ifaları ilə yutubda "patrlayış" edərək, qısa müddətdə 10-15 milyon izləyici toplaya bilib. Bunlardan İntiqam və Etiram Rüstəmov qardaşları, Nuri Sərinləndirici, Üzeyir Mehtizadə, Bah Tee və Talıb Taleyin adlarını çəkmək olar. ATV.az xəbər verir ki, uzun müddət baxış sayına görə "Davay do svidaniya" mahnısı ilə liderliyi qoruyub saxlayan Rüstəmov qardaşları artıq birinciliyi əldən verib.

Bu ilin may ayında işlq üzü görmüç Azərbaycan əsilli Qazaxstan müğənnisi Jah Khalib "Leyla" klipi ilə cəmi 5 aya 30 milyon baxış yığıb. Hazırda 32 milyon baxışı arxada qoyan bu klip həm Qazaxstanda həm də Rusiyada çox populyardı. Əsl adı Bəxtiyar Məmmədov olan Jah Khalib  23 milyon baxış saylı "Davay, do svidaniya" meyxanasını və 27 milyon baxışlı Bah Tee ifasında  "Ты меня не стоишь" repini  xeyli arxada qoyub.

Vüqar VÜQARLI

ATV.az