Günel Türkiyədə ər axtarır

Baxış sayı: 245

“Azərbaycan gözəli” seçilən Günel Ağayeva “Hande Ataizi ilə” adlı evlilik proqramına qatılıb.

ATV.az-ın axşam.az-a istinadən məlumatına görə, Günel verilişdə yer alan Məhəmmədə namizəd olub. Bir ildir Türkiyədə yaşadığını deyən G.Ağayeva aktrisalıq dərsləri alır. Proqramın aparıcısı Hande Ataizi azərbaycanlı gəlin namizədlə bağlı məlumat verib.  “Azərbaycanda 2016-cı ildə gözəl seçilmisən. Yəqin sənə çoxlu evlənmək təklifi edirlər. Niyə bura gəlmisən?” sualına Ağayeva belə cavab verib:

“Əlbəttə namizədlər var. Mən sevgiyə inanıram. Həyatımın eşqini tapa bilməsəm, teatr sahəsində çalışacam”. 

Məhəmməd Güneli bəyəndiyini və onunla çay içməyə yollanmaq istədiyini söyləyib. Qeyd edək ki, Məhəmməd bundan əvvəl “Zuhal Topalla” izdivaç verilişində yer alıb. 

ATV.az