Kamil Zeynallıdan "təyyarə açıqlaması"

Baxış sayı: 3422

ATV.az ölkə.az-a istinadən məlumatına görə, K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.

K.Zeynallı təyyarədə olarkən "Instaqram" vasitəsi ilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüşlər söymüşdü.

Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verilməsə də bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin də gəlməsinə icazə verilməyib.

Klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyi, Bakıya özünün qayıtmasını bildiriblər.

K.Zeynallı bu gün şəxsi instagram heabında xəbərin yanlış olduğunu deyib və Beşiktaş-Monaco oyununa bilet aldığı üçün İstanbula gedəcəyini bildirib.

Qeyd edək ki, K. Zeynallı aldığı bileti göstərməyib.