Bir aktrisanın çıxışı Juliya Roberts Ceyms Kordenin şousunda xariqələr yaratdı

Baxış sayı: 114

Məhşur Hollivud aktrisası Culiya Roberts sevənlərini bir daha həyəcanlandırıb. ATV. az Ceyms Korden şousunun rəsmi səhifəsinə istinadən bildirir ki, 49 yaşlı xanım bir neçə dəqiqədə həyatı boyu iştirak etdiyi bütün filmlərdən fraqmentləri canlandırıb. Onu tərəf müqabili isə şounun aparıcısı və müəllifi Korden özü olub. C. Roberts “Ouşenin 11 dostu”, “Nottinq Hill”, “Mona Lizanın təbəssümü”, “Gözəlçə” və “Qaçmış gəlin” filmlərindəki təkrarsız ifasını bir tamaşaçılara yaşadıb. Qeyd edək ki, aktrisa bu il karyerasının 20 ilini qeyd edir.

Rövşən Əliyev/ ATV.az