Müğənni Alişan ölümdən döndü

Baxış sayı: 977

Türkiyənin tanınmış müğənnisi Alişan 360 TV-də yayımlanan “Hər Şey Daxil” verilişində qonaq olub.

ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişdə  stressdən və stressi uzaqlaşdıran qidalardan söhbət açılıb və bildirilib ki, duzlu limon suyu stressi kənarlaşdırır. Müğənni Çağla Şıkel canlı efirdə limon suyu hazırlayaraq, həmkarı Alişana verib. Çağla Şıkelin hazırladığı duzlu limon suyunu içən Alişan canlı yayımda boğulma təhlükəsi ilə üzləşib. Studiyadan kənarlaşan müğənni  sonda yenidən verilişə qayıdaraq, bir an üçün ömrününü sonlarını yaşadığını bildirib.

Ülviyyə  Nurəddinova