Ərdoğandan BTQ açıqlaması “Bakı-Tiflis-Qars dəmiryolu xətti qərarlığımızın nəticəsidir”

Baxış sayı: 127

Türkiyə prezidenti R. T. Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışında bir sıra vacib məqamlara toxunub. 

ATV.az xəbər veriri ki, BTQ-nin açılışında çıxış edən dövlət başçısı ilk olaraq, layihənin ərsəyə gəlməsinə görə, Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib. Ərdoğan bildirib ki, təməli 2007-ci ildə qoyulan BTQ xətti Qazaxıstan və Özbəkistan üçün də həyati əhəmiyyətə malikdir. Bu xətt vasitəsilə ildə əlavə olaraq 24 milyon ton yük daşınacağını qeyd edən dövlət başçısı layihənin sülh, əmin-amanlıq və gəlir gətirəcəyinə inam ifadə edib.

Rövşən Əliyev/ ATV.az