Bordyujadan ermənipərəst mövqe Rəsmi Bakıdan kəskin etiraz

Baxış sayı: 366

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun bu gün səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatı  qəsdən vəziyyəti gərginləşdirməyə hesablanıb. Sərhəddə baş vermiş toqquşmadan qısa müddət sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın hadisənin Azərbaycanın təxribatı kimi qiymətləndirməsi provokasiyanın Ermənistan tərəfindən əvvəlcədən planlaşdırıldığını qeyd etməyə əsas verir. Nikolay Bordyujanın işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi isə  növbəti təxribatdır.

ATV.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin hadisələrə kəskin etirazı özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ermənistanın vəziyyəti gərginləşdirdiyi qeyd olunur, qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi isə kəskin şəkildə pislənilir.

Daha ətraflı videodan izləyin:

“ATV Xəbər”