Ruhaninin Ermənistana səfəri hansı məqsəd daşıyır?

Baxış sayı: 1666

İran prezidenti Həsən Ruhaninin qəsbkar Ermənistana səfəri Azərbaycanın əleyhinə olan mövqeyini açıq şəkildə nümayiş etdirmək məqsədi güdür. İran rəhbərləri özlərini azərbaycanlılarla din qardaşları elan edir, lakin haram əməllər törədən ermənilərə dəstək verirlər.

Müsəlman ölkəsinin rəhbərinin işğalçı ölkəyə səfəri dini  baxımdan da haramdır. Xocalıda insanlara zülm edən Erməni hakimiyyətinin soyqırım əməlləri İslam dinində qəbuledilməzdir.

Qurani-Kərim İsra surəsində buyurur  ki, "hər kəs öz bacardığını edər. Biz kimin doğru yolda olduğunu daha gözəl bilirik".

Bizim doğru, haqq yolunda olduğumuzu  din də, hüquq da yaxşı bilir. Lakin görünür işğalçı, zülmkar ölkəyə səfər edən İran prezidenti və onun ətrafı dinini, imanını, elmini unudub.

Daha ətraflı videodan izləyin:

"ATV Xəbər"