Erməni jurnalistin həbsi Avropa İttifaqı bəyanat verdi

Baxış sayı: 266

“Bakı platforması”nın erməni üzvünün həbsi bizi çox narahat edir”.

ATV.az xəbər verir ki, “Bakı platforması”nın Dağlıq Qarabağda yaşayan erməni üzvlərindən birinin Ermənistanda həbs olunması məsələsi ilə bağlı Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard narahatlığını ifadə edib:

"Mən bu məsələ ilə bağlı məlumatı mətbuat vasitəsilə aldım və bu çox narahatedici bir məsələdir”.

Qeyd edək ki, bu Ermənistanda baş verən birinci belə hal deyil. Son zamanlar bu ölkədə jurnalistlərə qarşı həbslər geniş vüsət alıb. Ermənistanda media nümayəndələrinə qarşı müşahidə olunan zorakılıqlar, onların döyülməsi, həbs edilməsi halları beynəlxalq təşkilatları dəfələrlə bəyanatlar verməyə vadar edib.