Səfirlikdə anım mərasimi Xatirə kitabı açıldı

Baxış sayı: 350

Türkiyənin Azərbaycandakı səfirliyində terror qurbanları anılıb.

ATV.az xəbər verir ki, baş nazirin müavini Abid Şərifov, Azərbaycanda akreditə olunan bir sıra ölkələrin səfirlikləri və ictimaiyyət nümayəndələri  burada açılan xatirə kitabına ürək sözlərini yazıb.

Terror qurbanlarının ailələrinə başsağlığı verən Abid Şərifov, 44 nəfərin həlak olması, 155 nəfər yaralanması ilə nəticələnən hadisədən kədərləndiyini, terror aktının hamımız üçün ağır itki olduğunu, qardaş Türkiyədə sülhün bərqərar olmasını arzuladığını bildirib.