İlanların ölüm-dirim savaşı Piton və kral kobrasının döyüşündə kim qazandı?

Baxış sayı: 4403

Dünyanın iki ən təhlükəli sürünəninin ərazini bölüşə bilməməsi ölüm-dirim savaşına səhnə olub. 

ATV.az İmgur-a istinadən məlumat verir ki, Cənub-şərqi Asiya ölkələrindən birində pitonla kral kobrası təsadüfən üz-üzə gəlib. Ən zəhərli və ən böyük ilanlardan heç biri digərinə güzəşt etməyib və nəticədə hər iki reptiliya həyatından olub. Naməlum fotoqrafın çəkərək sosial şəbəkəyə yerləşdirdiyi bu foto qısa zamanda rekord sayda izlənib.

ATV.az