Qubada qardaşlar robot hazırladı

Baxış sayı: 414

Qubanın Amsar kəndində yaşayan Ramazanov qardaşları hidravlik üsulla idarə olunan robotlar düzəldirlər. Hüseyn və Emil Ramazanov qardaşları qurğuların hazırlanmasında karton və müxtəlif ölçülü şprislərdən istifadə ediblər. Ramazanov qardaşlarının hazırladıqları qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanır. Hazırda onlar daha mürəkkəb qurğu üzərində çalışır. Külək dəyirmanı adlandırdıqları yeni qurğu vasitəsi ilə küləkdən elektrik enerjisi almaq mümkün olacaq.

Mirislam Əhmədoğlu // ATV.az