Maşınının təkərini dəyişərkən canavara yem olacaqdı

Baxış sayı: 2120

ABŞ-da qarlı havada avtomobili ilə yolda çarəsiz vəziyyətdə qalan Amerika sakini ölümdən dönüb. Təkəri partlayan maşının təkərini dəyişmək üçün avtomobildən enən Amerika vətəndaşı maşınına qayıtdıqdan bir neçə saniyə sonra yolda nəhəng canavar peyda olub. Qara rəngdə olan vəhşi heyvan avtomobildəkilərə diqqətlə baxdıqdan sonra onlara tərəf irəliləyib.  Sonra isə yolda bir qədər  var-gəl etdikdən sonra ərazidən uzaqlaşıb. ATV.az sizə həmin maraqlı anları təqdim edir.

Fuad Əliyev/ATV.az