Anası ilə yola getməyən iki həyat yoldaşını diri-diri yandırdı

Baxış sayı: 802

Hindistanın Rajastan şəhərində Depa Ram adlı şəxs anası ilə yola getməyən iki həyat yoldaşını avtomobilə salaraq diri-diri yandırıb. Dəhşətli hadisə nəticəsində hər iki qadın dünyasını dəyişib. Polis tərəfindən həbs edilən cinayətkar ifadəsində maraqlı məqamlara aydınlıq gətirib. O bildirib ki, həyat yoldaşlarına hədiyyə alacağını deyərək onları aldadıb və maşına mindirməyə müvəffəq olub. Hər iki qadını diri-diri yandıran Depa Ram buna görə peşiman olmadığını deyib.

Fuad Əliyev/ATV.az