Eyni motosikletdə 58 nəfər Hindistan ordusu rekordlar kitabına düşdü

Baxış sayı: 90

Sizcə, eyni motosikletdə neçe nəfər eyni vaxtda yol gedə bilər? 

ATV.az İndia Today-yə istinadən bildirir ki, bu sualın cavabını Hindistan ordusunun əsgər və zabitləri tapmağa çalışıb. Banqalor şəhərində yerləşən hərbi hissənin poliqonunda eyni nəqliyyat vasitəsinə minən 58 nəfər 1200 m yol qət edib. Bununla da onlar, eyni motosikletdə ən çox gedə bilən insanlar kimi adlarını Ginnesin Rekordlar Kitabına yazdırıblar. Qeyd edək ki, bundan əvvəlki rekord da hind hərbiçilərə məxsus idi. 2010-cu ildə 56 hərbiçi rekordu yeniləyib.

ATV.az