Yada düşər xatirələr "İllüziyaçıların kralı” Devid Koperfild

Baxış sayı: 2127

Tanınmış illüziya ustası Devid Koperfildin əsl adı, kimliyi barədə məlumatlar hər zaman oxucunun marağında olub. 

ATV.az az bu marağı nəzərə alaraq, dünyanın ən sirli insanı barədə məlumatları çatdırır. Beləliklə, kimdirç bu Koperfild?

Əsl adı Devid Kotkin olan sehrbaz, 1956-cı ildə ABŞ-da, Nyu-Cersi şatatının Metçene şəhərində dünyaya göz açıb. Valideynləri bir zaman Ukraynanın Odessa şəhərindən Almaniyaya, ordan da ABŞ-a mühacirət edib. Kişi geyimləri dükanına sahib olan ata Kotkinin həyat yoldaşı sığorta agenti olub. Devidin ilk fokusları isə 7 yaşı olanda artıq bütün şəhərdə məhşur idi. 10 yaşından etibarən, Metçenanın bütün salonlarında illüziya göstərən balaca, 1968-ci ildə Amerikanın Maqlar Cəmiyyətinin sıralarına daxil edilir. 1974-cü ildə orta məktəbi bitirən gənc Devid Fordemskiy universitetinə daxil olur. Lakin Çikaqoda “The Magic Man” myuziklində çıxış etməyə başlamasına görə ali məktəbi atır. Bu vaxtdan etibarən o, özünə Çarlz Dikensin roman qəhrəmanı “Devid Koperfild”in şərəfinə Koperfild təxəllüsünü götürür. Sehrbazın ilk televiziya şousu isə 1977-ci ildə, “ABS-nin Maqiyası” proqramı olub. Diqqət mərkəzinə düşən Koperfildlə tezliklə “CBS” telekanalı maraqlanır və “Devid Koperfildin Maqiyası” adlı veriliş açılır. Televiziyalarda çıxış etdiyi 1976-2001-ci illər aralığında o dünya fokusu tarixinə 150 yeni nömrə bəxş edib. 1980-ci ildən dünya turnesinə çıxan “gözbağlayıcı”, bununla da dünyada məhşurlaşır. Hazırda onun maqiya rekvizitləri dünyada ən böyüyü hesab edilir. Koperfild dünyanın ən zəngin insanlarından birinə də məhz əməyi və zəhməti sayəsində çevrilib. Baham adalarında 11 adası olan illüziyaçının varidatı 500 milyon dollar qiymətləndirilir. 11 dəfə Ginnesin Rekordlar Kitabına adını yazdıran sehrbaz 1995-ci ildə Hollivudda yerləşən “Şərəf Xiyabanı”nda ulduzla təltif edilib. 2000-ci ildə ABŞ Konqresinin Kitabxanası ona “canlı Əfsanə” statusu verib. Koperfildin verlişləri çox popuyarlığı ilə seçilib. 21 dəfə “Emmi” mükafatını alan verlişlər bu gün də sevə-sevə baxılır. İllüziyaçı 2016-cı ildə “Forbes” “Ən çox qazanan ulduzlar” reytinqində 64 milyon illik qazancla 20-ci yeri tutub. Koperfildin ailə həyatına gəlincə, sehrbaz 2010-cu ildə ata olub. Vətəndaş nigahında yaşadığı model, Xloe Hosselendən olan qızının adını Skay qoyub.

ATV.az