Hind toyuqları üçün mahnı oxudu Daha tez yumurtalamaları və ət tutmaları üçün

Baxış sayı: 217

Uelsdən olan gənc fermer qeyri-adi üsulla hind toyuqlarını bəsləyir. 

ATV.az Metro-ya istinadən bildirir ki, 25 yaşlı uelsli Elin Uilyam xeyli vaxtdır ki, təsərrüfatla məşğul olur. Fermasında hind toyuqlarına üstünlük verən fermer onların daha tez ət tutması və yumurtlaması üçün isə hər axşam onlara mahnı oxumağa başlayıb. Kayli Minoqun mahnılarının çox sevildiyini deyən Elin baş verənləri lentə alaraq, internetdə yerləşdirib. O, əminliklə qeyd edir ki, bu metod ona məqsədinə çatmaqda çox kömək edir.

ATV.az