Əzəli rəqabət belə olar “Qalatasaray” kafesi “Fənərbağça” tərəfdarlarının üzünə bağlıdır

Baxış sayı: 124

Türkiyədə 100 ilə yaxın tarixi olan “Qalatasaray”-“Fənərbağça” rəqabəti hər kəsə yaxşı məlumdur. 

Bu iki komandanın hər qarşılaşmasında xoşagəlməz hadisələrin yaşanması da adi hala çevrilib. Manisadan olan “sarı-qırmızılı” komandanın tərəfdarı bu rəqabətə ayrı rəng qatıb. ATV.az İhlas agentliyinə istinadən bildirir ki, Vəlin Turan adlı sahibkar 27 ildir başdan-başa “Qalatasaray” atributları ilə bəzədiyi kafeyə rəqib azarkeşlərinin girişini qdağan edib. 3 il əvvəl çay evinə “Qalatasaray muzeyi” adı verən Turan bura girişi xüsusi vizit kartı ilə edib. Kartda üzvülük üçün zəruri olan 5 maddədən 4-ünün “Fənərbağça” ilə bağlı olması diqqət çəkir.

ATV.az