“Uşaqlar var, şərait yoxdur” Poçt maşınını belə soydular

Baxış sayı: 56

İsveçdə poçt maşınları yolda olarkən əşyaların itməsi adi hala çevrildiyindən işə polis qarışmalı olub. 

ATV.az UPİ-yə istinadən bildirir ki, çoxsaylı şikayətləri nəzərə alan asayiş keşikçiləri mərkəzi poçt idarəsi ilə birlikdə məsələyə aydınlıq gətirməyə çalışıb. Nəticə isə gözləniləndən də dəhşətli olub. Poçt və qiymətli bağlamalar daşıyan yük maşınına qoyulan gizli kamera çox mətləblərdən xəbər verib. Saatda 80 km sürətlə hərəkət edən maşının yük yerinə girən oğrular əllərinə keçəni aparıblar. Bütün baş verənlər isə on-layn rejimdə polisin nəzarəti altında olub və beynəmliləl dəstə həbs edilib.

ATV.az