Efirdə kuryoz Vasiliy Utkin kreslodan yıxıldı

Baxış sayı: 55

Rusiyanın tanınmış idman jurnalisti Vasiliy Utkinin başına qeyri-adi hadisə gəlib. 

ATV.az xəbər verir ki, Utkin canlı efir zamanı kreslodan kəllə-mayallaq yıxılıb. Baş verənləri şəxsi Twitter hesabından paylaşan jurnalist artıq çəkisini əsas gətirərək zarafatından qalmayıb. O, bildirib ki, kreslolar 110 kq üçün nəzərdə tutulub. O isə daha ağırdır. Bəzən atların belə, onun ağırlığına dözmədiyini deyən aparıcı, onu pis vəziyyətdə gördüklərinə görə, tamaşaçıları təbrik edib.

ATV.az