Yaşamaq uğrunda mübarizə Sığını uzun ayaqları xilas etdi

Baxış sayı: 89

Vəhşi təbiətin ən amansız qatillərindən biri olan canavarların nə qədər cəsur və qorxusuz olduğunu çoxları bilir. Bu heyvanların özlərindən dəfələrlə böyük şikara hücum etməsi faktları da yetərincədir. ATV.az bu dəfə canavarın sığına hücum kadrlarını sizə təqdim edir. Gəl ki, nəhəng heyvanı su və uzun ayaqları bu dəfə yırtıcının dişlərindən qurtarır. Qeyd edək ki, kadrlar təsadüfən dron tərəfindən lentə alınıb. Dronun sahibi bu görüntüləri internetə yerləşdirdikdən sonra kadrlar izlənmə rekordları qırır.

Rövşən Əliyev/ ATV.az