Ayaqyolundan mutant çıxdı Bütün ailəni qorxutdu

Baxış sayı: 129

Malaziyada ayaqyolundan çıxan qəribə məxluq bütün ailəni bərk qorxudub.

ATV.az Mirror nəşrinə istinadən bildirir ki, qeyri-adi canlı bütün ailənin evdə olduğu zaman sürünərək tualetdən dəhlizə çıxıb. Baş verənləri lentə alan ev sahiblərinin sözlərinə görə qara, sürüşkən bədəni, qısa quyruğu və balaca başı olan ilanabənzər varlıq heç kimə ziyan vurmayıb. Ehtimallara görə, mutasiyaya uğrayan sürünən uzun müddət kanalizasiyada yaşayıb və artıqlarla qidalanıb. Digər versiyaya görə, məxluq evin yaxınlığında olan düyü sahələrindən gəlib. Çox qorxan ailə onu torbaya qoyaraq, yaxınlıqdakı çaya atıblar.

Rövşən Əliyev/ ATV.az