Çin səmasında partlayış Meteorit qalıqları kəndlərə səpələndi

Baxış sayı: 96

Çin səmasında baş verən parlaq partlayış sakinləri xeyli qorxudub. 

ATV.az Sputnik İnternational-a əsasən bildirir ki, meteoritin səmada parçalara ayrılması Yunnan vilayətində baş verib. Şanqri-La dairəsində yaşananları yerli sakinlər həvəskar kamera ilə lentə alıblar. Göy cisimi partadıqdan sonra qalıqları yaxınlıqdakı kəndlərə səpələnib. Çin Elmlər Akademiyası və ABŞ-ın Kosmik Araşdırmalar Mərkəzi, NASA meteorun düşməsini izlədiklərini bildiriblər. Mütəxəssislər bildirir ki, partlayış anında 0,54 kiloton enerji ayrılması baş verib. Bu isə təxminən 540 ton trotilin partladılmasına bərabərdir.

Rövşən Əliyev/ ATV.az