Yeni Ginnes rekordu 30 saniyəyə 13 alt paltarı geyindi

Baxış sayı: 185

İtaliyadan olan Silvio Sabba alt paltarları əyninə keçirən ən cəld insan kimi tarixə düşüb.

ATV.az saytı xəbər verir ki, gənc adam 30 saniyəyə 13 alt paltarını əyninə keçirə bilib. Onun bacarığı Ginnesin Rekordlar kitabının nümayəndələri tərəfindən artıq qeydə alınıb. Milan şəhərindən olan Sabbaya qoyulan tələb isə hər alt paltarını bel nahiyəsinə qədər keçirmək olub.    

Rövşən Əliyev/ ATV.az