İt quyuya düşən pişiyi xilas etdi

Baxış sayı: 699

Kütahyada su quyusuna düşən bir pişiyin həyatını ov iti xilas etdi. Köpəyin haray-həşirindən sonar köməyə gələn xilasetmə dəstəsinin əməkdaşları dərhal iş başına keçiblər.

ATV.az xəbər verir ki, 12 metr dərinlikdə olan su quyusuna düşən pişik xilasetmə dəstəsinin köməyi ilə oradan çıxarılıb.

Xilasedicilər xüsusi ilə soyuq havalarda insanları heyvanlara qarşı daha diqqətli olmağa səsləyiblər.

ATV.az